Qelebə.az / Fabio Kannavaro İtaliya klubunun baş məşqçisi olacaq

Fabio Kannavaro İtaliya klubunun baş məşqçisi olacaq

20-09-2022, 10:23

İtaliyalı dünya çempionu Fabio Kannavaro ölkəsində "Benevento"nun baş məşqçisi olacaq.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, B Seriyasında çıxış edən komanda 49 yaşlı mütəxəssisə tapşırılacaq.

Qeyd edək ki, Fabio Kannavaro 2006-cı ildə yığma ilə dünya çempionu adını qazanıb. Keçmiş müdafiəçi son olaraq 2019-cu ildə Çin millisinin sükanı arxasında olub.

Geri qayıt