Qelebə.az / Şəhriyar Məmmədyarov "Norway Chess" turnirini 7-ci pillədə başa vurub

Şəhriyar Məmmədyarov "Norway Chess" turnirini 7-ci pillədə başa vurub

10-06-2023, 00:04

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində növbəti oyununu keçirib.

"QELEBE.AZ"un məlumatına görə, 38 yaşlı qrossmeyster sonuncu - IX turda Niderland təmsilçisi Aniş Giri ilə üz-üzə gəlib. Görüş 36-cı gedişdə heç-heçə ilə yekunlaşdığından armageddon oynanılıb. Burada daha dəqiq oynayan Giri Azərbaycan təmsilçisini məğlub edib.

Beləliklə, Şəhriyar Məmmədyarov turniri 11 xalla 7-ci pillədə başa vurub.

Geri qayıt