Qelebə.az / Sofian Amrabat “Barselona”da oynamaq arzusundadır

Sofian Amrabat “Barselona”da oynamaq arzusundadır

8-06-2023, 18:22

“Fiorentina”nın futbolçusu Sofian Amrabatın keçmək istədiyi komanda bəlli olub.

QELEBE.AZ saytının məlumatına görə, bunu mərakeşli yarımmüdafiəçinin qardaşı Nordin Amrabat açıqlayıb.

Yunanıstanda AEK-in formasını geyinən hücumçu Sofianın “Vest Hem”ə keçidi barədə xəbərlərə münasibət bildirib: “Onun arzusu “Barselona”da oynamaqdır. Amma onların maliyyə durumu bəllidir. Sofian digər klubların da maraq dairəsindədir”.

Qeyd edək ki, yarımmüdafiəçi 2020-ci ilin yayından İtaliya klubunda forma geyinir. Onun müqaviləsi 2023/24 mövsümünün sonunda başa çatacaq.

Geri qayıt