Qelebə.az / Mahir Emreli "Konyaspor"da növbəti qolunu "Beşiktaş"a vurub

Mahir Emreli "Konyaspor"da növbəti qolunu "Beşiktaş"a vurub

7-06-2023, 22:14

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyə "Konyaspor"unda növbəti qolunu vurub.

"QELEBE.AZ"un məlumatına görə, 25 yaşlı forvard Superliqanın sonuncu - XXXVIII turunda səfərdə "Beşiktaş"ın qapısına yol tapıb.

İkinci hissədə meydana daxil olan forvard meydana çıxdıqdan cəmi 2 dəqiqə sonra fərqlənərək hesabı bərabərləşdirib - 2:2.

Bu,Emrelinin "Konyaspor"da 2-ci qolu olub.

Qeyd edək ki, hazırda görüşdə hesab qonaqların xeyrinədir - 3:2.

Geri qayıt