Qelebə.az / Latviya millisinin sabiq futbolçusu xərçəng xəstəliyindən vəfat edib

Latviya millisinin sabiq futbolçusu xərçəng xəstəliyindən vəfat edib

7-06-2023, 11:49

Latviya millisinin sabiq futbolçusu Gints Freymanis xərçəng xəstəliyindən dünyasını dəyişib.

"QELEBE.AZ" yerli federasiyaya istinadən xəbər verir ki, keçmiş müdafiəçi 40 yaşında vəfat edib.

2021-ci ildə Freymanisə melanoma diaqnozu qoyulmuşdu.

Qeyd edək ki, ölkəsində bir neçə komandanın formasını geyinmiş oyunçu 2014 - 2018-ci illərdə yığmada çıxış edib və bir qola imza atıb.

Geri qayıt