Qelebə.az / Qadınlardan ibarət Azərbaycan millisi iki yoldaşlıq oyunu keçirəcək

Qadınlardan ibarət Azərbaycan millisi iki yoldaşlıq oyunu keçirəcək

7-06-2023, 10:25

Qadın futbolçulardan ibarət Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyunları çərçivəsində iki görüşdə qüvvəsini sınayacaq.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda iyulun 14-də və 17-də Riqadakı Yanis Skredelis stadionunda Latviya yığması ilə üz-üzə gələcək.

Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Geri qayıt