Qelebə.az / Kərim Benzema Səudiyyə Ərəbistanı klubuna keçib

Kərim Benzema Səudiyyə Ərəbistanı klubuna keçib

6-06-2023, 22:44

Mövsümün sonunda İspaniya "Real Madrid"indən ayrılan Kərim Benzema Səudiyyə Ərəbistanının "Əl-İttihad" komandasına keçib.

"QELEBE.AZ"un məlumatına görə, klub fransalı futbolçunun transferini rəsmi tviter hesabından açıqlayıb.

"Benzema bizimlədir. Yeni bir pələng nərə çəkəcək. İttihada xoş gəlmisiniz", - paylaşımda yazılıb.

"Pələnglər" 36 yaşlı forvardla 2026-cı ilin yayınadək imzalayıb.

Qeyd edək ki, "Əl-İttihad" Səudiyyə Ərəbistanı çempionatının son qalibidir.

Geri qayıt