Qelebə.az / “Sasuolo” baş məşqçisi ilə müqaviləni uzadıb

“Sasuolo” baş məşqçisi ilə müqaviləni uzadıb

6-06-2023, 12:38

“Sasuolo” baş məşqçisi Alessio Dionizi ilə müqaviləni uzadıb.

QELEBE.AZ saytının məlumatına görə, bunu İtaliya klubunun mətbuat xidməti açıqlayıb.

A seriyası təmsilçisinin mütəxəssislə yeni anlaşması 2025-ci ilin yayına qədər nəzərdə tutulub. 43 yaşlı çalışdırıcı 2021-ci ilin yayından “Sassuolo”ya rəhbərlik edir. O, öncə “Fiorentsuola”, “İmoleze”, “Venetsiya” və “Empoli”ni çalışdırıb.

Qeyd edək ki, “Sassuolo” A seriyasını 45 xalla 13-cü yerdə başa vurub.

Geri qayıt