Qelebə.az / "Neftçi" legioneri ilə müqavilənin müddətini daha iki il uzadıb

"Neftçi" legioneri ilə müqavilənin müddətini daha iki il uzadıb

5-06-2023, 15:23

"Neftçi" klubu qapıçısı İvan Brkiçlə müqavilənin müddətini uzatdığını açıqlayıb.

"QELEBE.AZ" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı qolkiperlə iki illik sözləşmə imzalanıb.

Qeyd edək ki, 2022-ci ilin yanvarında "ağ-qaralar"a keçən xorvatiyalı oyunçu bu müddətdə Premyer Liqada 37, ölkə kubokunda 9, avrokuboklarda isə 4 görüşdə meydanda olub.

Geri qayıt