Qelebə.az / Xoakin La Liqanın rekordunu təkrarlayıb

Xoakin La Liqanın rekordunu təkrarlayıb

5-06-2023, 10:31

Xoakin Sançes La Liqanın rekordunu təkrarlayıb.

QELEBE.AZ saytının məlumatına görə, “Betis”in futbolçusu İspaniya çempionatında 622-ci oyununu keçirib.

41 yaşlı yarımmüdafiəçi yarışın tarixində ən çox matça çıxan futbolçu adına şərik olub. O, əfsanəvi Andoni Subisarettaya çatıb.

Siyahıda üçüncü yerdə Raul Qarsiyadır – 589 oyun. Raul Qonzales 550, Eusebio Sakristan 543 matçda forma geyinib.

Qeyd edək ki, “Betis” XXXVIII turda “Valensiya” ilə heç-heçə edib – 1:1.

Geri qayıt