Qelebə.az / Azərbaycan taekvondoçusu dünya çempionatında 1/4 finala yüksəlib - FOTO - YENİLƏNİB

Azərbaycan taekvondoçusu dünya çempionatında 1/4 finala yüksəlib - FOTO - YENİLƏNİB

3-06-2023, 14:34

Azərbaycan taekvondoçusu Eltac Qafarov Bakıda keçirilən dünya çempionatında ikinci döyüşünü keçirib.

QELEBE.AZ saytının məlumatına görə, 74 kq çəki dərəcəsində dayanq üzərinə çıxan təmsilçimiz 1/8 finalda Sebastian Tune (Norveç) ilə döyüşüb.

Görüş Qafarovun 2:0 hesablı qələbəsi ilə başa çatıb. O, 1/4 finalda xorvatiyalı Marko Qoluboviçlə münasibətinə aytınlıq gətirəcək.

Qeyd edək ki, dünya çempionatına iyunun 4-də yekun vurulacaq.

***

Saat. 12:06

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatı davam edir.

QELEBE.AZ saytının məlumatına görə, mundialın altıncı gündə Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulub.

74 kq çəkidə qüvvəsini sınayan Eltac Qafarov 1/16 finalda Vasilliy Peruniçiçlə (Monteneqro) üz-üzə gəlib. Döyüş taekvondoçumuzun 2:0 hesablı qələbəsi ilə başa çatıb. O, 1/8 finalda norveçli Sebastian Tune ilə döyüşəcək.

62 kq-da qüvvəsini sınayan Fatimə Məcidova da mundailda debüt görüşünə 1/16 finaldan başlayıb. İtaliyalı Kristina Kaspa ilə döyüşən təmsilçimiz məğlubiyyətə üzülüb.

Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq.

Geri qayıt