Qelebə.az / Messini heyətinə qatmaq istəyən klub Serxio Ramosa da müqavilə təklif edir

Messini heyətinə qatmaq istəyən klub Serxio Ramosa da müqavilə təklif edir

3-06-2023, 12:34

Fransanın PSJ klubunun futbolçusu Serxio Ramos karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

"Report" "Defensa Central"a istinadən xəbər verir ki, "Əl-Hilal" 37 yaşlı müdafiəçini heyətinə qatmaq istəyir.

Təcrübəli oyunçunun nümayəndələri bir neçə aydır ki, mümkün transferlə bağlı danışıqlar aparır.

"Əl-Hilal" Ramosa 30 milyon avro maaşla iki illik müqavilə təklif edir.

Qeyd edək ki, Serxio Ramos 2021-ci ilin iyulundan PSJ-də çıxır. Onun mövsümün sonunda Paris təmsilçisindən ayrılacağı dəqiqləşib. "Əl-Hilal" Fransa klubunun digər ulduz futbolçusu Lionel Messini də heyətinə qatmağı planlaşdırır.

Geri qayıt