Qelebə.az / “Zirə” belçikalı hücumçusu ilə yollarını ayırıb

“Zirə” belçikalı hücumçusu ilə yollarını ayırıb

2-06-2023, 10:21

“Zirə” belçikalı futbolçusu Loris Broqno ilə yollarını ayırıb.

“QELEBE.AZ” xəbər verir ki, bu barədə 31 yaşlı hücumçu instaqram səhifəsi vasitəsilə paylaşım edib.

O, başa çatan müqaviləsinin yenilənməyəcəyini bildirib: “Azərbaycanda keçirdiyim iki ilə görə “Zirə” klubuna təşəkkür edirəm. İndi yeni macəra vaxtıdır”.

Qeyd edək ki, Loris Broqno “Zirə”yə 2021-ci ilin yayında Belçikanın “Beerşot” klubundan keçmişdi.

Geri qayıt