Qelebə.az / Kay Haverts “Real”ın transfer siyahısına düşüb

Kay Haverts “Real”ın transfer siyahısına düşüb

1-06-2023, 14:14

“Çelsi”nin futbolçusu Kay Haverts “Real”ın transfer siyahısına düşüb.

QELEBE.AZ saytının məlumatına görə, İspaniya nəhəngi almaniyalı yarımmüdafiəçini yayda heyətinə qatmaq istəyir.

Madrid klubunun rəhbərliyi 23 yaşlı hücumameylli yarımmüdafiəçi ön xətti gücləndirəcəyi qənaətindədir. Havertsin transfer qiyməti 60 milyon avro ilə dəyərləndirilir.

Qeyd edək ki, Kay başa çatan mövsümdə 47 oyunda 9 qol və 1 assistə imza atıb.

Geri qayıt