Qelebə.az / "Səbail" klubu portuqaliyalı hücumçu ilə vidalaşıb

"Səbail" klubu portuqaliyalı hücumçu ilə vidalaşıb

31-05-2023, 18:57

"Səbail" klubu futbolçusu Luvaqa Kizito ilə yollarını ayırıb.

Paytaxt təmsilçisindən "Report"a verilən məlumata görə, portuqaliyalı hücumçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

"Dənizçilər" 30 yaşlı forvarda xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Luvaqa Kizito "Səbail"ə ötən ilin yayında keçmişdi.

Geri qayıt