Qelebə.az / Minifutbol üzrə ölkə çempionatının finalçıları müəyyənləşib

Minifutbol üzrə ölkə çempionatının finalçıları müəyyənləşib

31-05-2023, 16:50

Minifutbol üzrə ölkə çempionatında yarımfinal görüşləri başa çatıb.

"QELEBE.AZ"un məlumatına görə, iki oyundan ibarət olan dueldə “Zirə” “Qarabağ” kollektivinə qalib gələrək finala vəsiqə qazanıb - 2:1; 3:2.

Digər yarımfinal matçında son çempion “Birbaşa Bakı” rumınyalı mütəxəssis Dan Marius Mitunun rəhbərliyi altında “Bakı”dan üstün olub - 4:0; 3:2.

Ötən mövsüm olduğu kimi həlledici qarşılaşmada "Zirə" və “Birbaşa Bakı” üz-üzə gələcək.

Finalın hansı tarixdə olacağı hələlik dəqiqləşməyib.

Geri qayıt