Qelebə.az / Azərbaycan Basketbol Liqasının qalibi bu gün bəlli olacaq

Azərbaycan Basketbol Liqasının qalibi bu gün bəlli olacaq

30-05-2023, 09:19

Azərbaycan Basketbol Liqasında final seriyasının sonuncu - beşinci oyunu keçiriləcək.

"Report"un məlumatına görə, “Sabah” və “Gəncə” komandaları “Sərhədçi” İdman Mərkəzində üz-üzə gələcəklər.

Qalib gələn kollektiv ölkə çempionu adına sahib çıxacaq. Dörd görüşdən sonra ümumi hesab bərabərdir - 2:2.

Qeyd edək ki, daha əvvəl NTD “AAAF Xırdalan”ı 100:79 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.

Geri qayıt