Qelebə.az / Avropa üçüncüsü olan cüdo üzrə Azərbaycan yğması mükafatlandırılıb

Avropa üçüncüsü olan cüdo üzrə Azərbaycan yğması mükafatlandırılıb

18-09-2022, 20:30

Çexiyanın paytaxtı Praqada gənc cüdoçular arasında Avropa çempionatının qarışıq komanda yarışında bürünc medal qazanan Azərbaycan yığması mükafatlandırılıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, fəxri kürsünün 3-cü pilləsinə qalxan yığmaya medallar və digər medalçılarla bərabər kubok təqdim olunub.

Qeyd edək ki, milli komanda bürünc medal görüşündə Almaniya seçməsinə 4:1 hesabı ilə qalib gəlib. Fransa qızıl, Türkiyə isə gümüş medal əldə edib.

Geri qayıt