Qelebə.az / Dünya çempionatı: Azərbaycanlı taekvondoçunun rəqibi bəlli olub

Dünya çempionatı: Azərbaycanlı taekvondoçunun rəqibi bəlli olub

28-05-2023, 19:48

Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatının ilk püşkatma mərasimi təşkil olunub.

“Report”un məlumatına görə, Azərbaycan millisinin üzvü Cavad Ağayevin rəqibi müəyyənləşib.

O, 68 kq çəki dərəcəsində Solomon Tefera (Efiopiya) - Eldar Kurmanaliyev (Qırğızıstan) cütünün qalibi ilə qarşılaşacaq.

Mundialın ilk günündə kişilər 68 kq, qadınlar isə 57 kq çəki dərəcəsində mübarizə aparacaqlar. Çəkilər üzrə kişilərin yarışında 68 kq-da 87, qadınların 57 kq-da 59 idmançı yarışacaq.

Qeyd edək ki, 29 may - 4 iyun tarixlərində baş tutacaq sayca 26-cı dünya çempionatında 949 taekvondoçu 16 çəki dərəcəsində qüvvəsini sınayacaq.

Geri qayıt