Qelebə.az / Qran-pri: Azərbaycan cüdoçusu finala yüksəlib

Qran-pri: Azərbaycan cüdoçusu finala yüksəlib

26-05-2023, 17:05

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Avstriyanın Linz şəhərində keçirilən Qran-pridə finala yüksəlib.

"Report" xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Moldova təmsilçisi Adil Osmanova qalib gəlib.

O, həlledici qarşılaşmada İsraildən olan Tohar Butbulla üz-üzə gələcək.

Eyni çəkidəki Nurlan Osmanov və 81 kq-dakı Zelim Tçkayev mübarizəni dayandırıblar.

Qeyd edək ki, ilk yarış günündə Kamran Süleymanov (66 kq) gümüş, Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanıb.

Geri qayıt