Qelebə.az / “Mançester Siti” Skott Karsonla müqaviləni uzadıb

“Mançester Siti” Skott Karsonla müqaviləni uzadıb

26-05-2023, 15:56

“Mançester Siti” Skott Karsonla müqaviləni uzadıb.

Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.

37 yaşlı qapıçı ilə yeni anlaşma bir illik nəzərdə tutulub. İngiltərəli qolkiper 2023/24 mövsümünün sonunadək “şəhərlilər”in formasını geyinəcək.

Qeyd edək ki, 2019-cu ildə Mançester klubuna keçən Karson cəmi 2 matç keçirib.

Geri qayıt