Qelebə.az / Azərbaycanın qadın boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

Azərbaycanın qadın boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

25-05-2023, 11:37

Azərbaycanın qadın boksçusu Şəhla Allahverdiyeva Polşanın Pultusk şəhərində keçirilən beynəlxalq turnirdə yarımfinala vəsiqə qazanıb.

"QELEBE.AZ" xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda Asuteya Ausiuteni (Litva) 4:1 (30:27, 30:27, 29:28, 29:28, 27:30) hesabı ilə məğlub edib.

O, yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib.

Allahverdiyeva finala gedən yolda fransalı Fatia Benmessahellə üz-üzə gələcək.

Qeyd edək ki, yarışın qalibləri mayın 26-da bəlli olacaq.

Geri qayıt