Qelebə.az / Kevin de Brüyne Stiven Cerrardın nailiyyətini təkrarlayıb

Kevin de Brüyne Stiven Cerrardın nailiyyətini təkrarlayıb

18-09-2022, 12:00

"Mançester Siti"nin futbolçusu Kevin de Brüyne "Liverpul"un sabiq kapitanı Stiven Cerrardın İngiltərə Premyer Liqasındakı nailiyyətini təkrarlayıb.

"QELEBE.AZ"un məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi buna "Vulverhempton"u 3:0 hesabı ilə məğlub etdikləri VIII tur oyununda müvəffəq olub.

Belçikalı oyunçu matçda iki məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli yarımmüdafiəçi Premyer Liqada assistlərin sayını 92-yə yüksəldib.

Stiven Cerrard 504, Kevin de Brüyne isə 287 qarşılaşmada bu göstəriciyə çatıb.

Qeyd edək ki, Kevin de Brüyne 2015-ci ildən "şəhərlilər"in formasını geyinir.

Geri qayıt