Qelebə.az / Türkiyə klubu Andrea Pirlo ilə yollarını ayırıb

Türkiyə klubu Andrea Pirlo ilə yollarını ayırıb

24-05-2023, 15:42

Türkiyənin “Fatih Karagümrük” komandası baş məşqçisi Andrea Pirlo ilə yollarını ayırıb.

"Report" xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi tviter hesabı məlumat yayıb.

Klub rəhbərliyi müqaviləni yeniləməyəcəkləri üçün 44 yaşlı məşhur mütəxəssisə gələcək planlarını qurması üçün icazə verib.

Qeyd edək ki, Andrea Pirlo 2022-ci ilin yayından Türkiyə təmsilçisində işləyir.

15:16

Türkiyənin “Fatih Karagümrük” komandası baş məşqçisi Andrea Pirlo ilə yollarını ayıracaq.

"Report" xəbər verir ki, bu barədə yerli jurnalist Yağız Sabuncuoğlu rəsmi tviter hesabında paylaşım edib.

Onun sözlərinə görə, klub rəhbərliyi 44 yaşlı məşhur mütəxəssislə vidalaşmaq qərarı alıb.

Qeyd edək ki, Andrea Pirlo 2022-ci ilin yayından Türkiyə təmsilçisində işləyir.

Geri qayıt