Qelebə.az / Alvaro Morata mövsümü bitirib

Alvaro Morata mövsümü bitirib

22-05-2023, 17:18

“Atletiko”nun futbolçusu Alvaro Morata mövsümü bitirib.

Apasport.az saytının məlumatına görə, buna hücumçunun zədəsi səbəb olub.

La Liqanın 35-ci turunun “Osasuna” ilə oyununun (3:0) fasiləsində əvəzlənən forvard müayinədən keçib. Onun cari mövsümün son üç matçında iştirak edə bilməyəcəyi müəyyənləşib.

Qeyd edək ki, madridlilər son üç turda “Espanyol”, “Real Sosyedad” və “Vilyarreal”la qarşılaşacaq.

Geri qayıt