Qelebə.az / "Real Madrid" Karlo Ançelottini istefaya göndərməyəcək

"Real Madrid" Karlo Ançelottini istefaya göndərməyəcək

20-05-2023, 16:45

İspaniya "Real Madrid"i baş məşqçisi Karlo Ançelottini istefaya göndərməyəcək.

"Report"un məlumatına görə, bu barədə 64 yaşlı mütəxəssisin özü açıqlama verib.

İtaliyalı çalışdırıcı klub rəhbərliyinin ona zəmanət verdiyini bildirib: "Dünən Florentino Pereslə görüşdüm və o, mənə güvəndiyini bildirdi. İşimi dəstəkləyir. Bu layihəni birlikdə davam etdirəcəyik".

Qeyd edək ki, Karlo Ançelottinin "Real Madrid"lə 2024-cü ilin iyununadək müqaviləsi var.

Geri qayıt