Qelebə.az / Avropa Liqası və Konfrans Liqasında həftənin oyunçuları argentinalılar olublar

Avropa Liqası və Konfrans Liqasında həftənin oyunçuları argentinalılar olublar

19-05-2023, 18:26

UEFA Avropa Liqası (AL) və Konfrans Liqasında (KL) yarımfinal mərhələsinin cavab matçlarından sonra həftənin ən yaxşı oyunçuları müəyyənləşib.

"QELEBE.AZ" qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, AL-də bu ada İspaniya "Sevilya"sından Erik Lamela layiq görülüb. Argentinalı yarımmüdafiəçi evdə İtaliya "Yuventus"unu 2:1 hesabı ilə məğlub etdikləri görüşdə qələbə topunun müəllifi olub.

KL-də isə həftənin oyunçusu İtaliya "Fiorentina"sından Nikolas Qonsales seçilib. Argentina millisinin hücumçusu İsveçrədə "Bazel"ə 3:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada iki qol vurub.

Geri qayıt