Qelebə.az / PSJ Braziliya millisinin üzvü ilə müqaviləni yeniləyib

PSJ Braziliya millisinin üzvü ilə müqaviləni yeniləyib

19-05-2023, 17:38

Fransanın PSJ klubu futbolçusu Markinyoşla müqavilənin müddətini uzadıb.

"QELEBE.AZ" Paris təmsilçisinin rəsmi tviter hesabına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçinin yeni sözləşməsi 2028-ci ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, Markinyoş 2013-cü ildən PSJ-də çıxış edir. Braziliya millisinin üzvü komanda ilə yeddi dəfə Fransa çempionu olub.

Geri qayıt