Qelebə.az / "Traktor" azarkeşləri ilə İran polisi arasında qarşıdurma yaşanıb

"Traktor" azarkeşləri ilə İran polisi arasında qarşıdurma yaşanıb

18-05-2023, 17:29

Təbrizin "Traktor" komandasının azarkeşləri ilə İran polisi arasında qarşıdurma yaşanıb.

"Report"un məlumatına görə, bununla bağlı sosial şəbəkədə görüntülər yayılıb.

Hadisə "Esteqlal"a qarşı İran çempionatının sonuncu - XXX tur oyunundan əvvəl paytaxt Tehrandakı "Azadi" stadionunda baş verib.

Qeyd edək ki, "Esteqlal" - "Traktor" qarşılaşması bu gün Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Geri qayıt