Qelebə.az / "Mançester Siti" "Real Madrid"i darmadağın edərək çempionlar liqasının finalına çıxıb

"Mançester Siti" "Real Madrid"i darmadağın edərək çempionlar liqasının finalına çıxıb

18-05-2023, 00:55

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsi başa çatıb.

APA xəbər verir ki, sonuncu matçda "Real Madrid"lə "Mançester Siti" qarşı-qarşıya gəlib.

İlk oyununda İspaniyada 1:1 hesablı heç-heçə edən "Mançester Siti" doğma - "Etihad" stadionunda inamlı qələbə qazanıb - 4:0.

Final matçı iyunun 10-da Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda baş tutacaq.

Həlledici qarşılaşmada İtaliyanın "İnter" klubu "Mançester Siti" ilə qitənin ən nifuzlu titulu uğurunda mübarizə aparacaqlar.

Geri qayıt