Qelebə.az / Murad Musayev: "Rusiyadan bir-iki futbolçu ilə danışıq aparırıq"

Murad Musayev: "Rusiyadan bir-iki futbolçu ilə danışıq aparırıq"

17-05-2023, 22:22

"Rusiyada çıxış edən bir-iki futbolçu ilə danışıq aparırıq".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev səfərdə "Sumqayıt"a 4:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXXIV tur oyunundan sonra mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis bildirib ki, ölkəsində oyunçulara ödənilən məvacib yüksək olsa da, danışıqlar davam edir: "Hər mövqeyə oyunçu istəyirik. Ümid edirəm ki, təlim-məşq toplanışına qədər əsas futbolçuları transfer edə biləcəyik. Azərbaycana keyfiyyətli oyunçu gətirmək çətindir".

O, müqavilə ilə Ukraynanın "Şaxtyor" (Donetsk) komandasına məxsus olan Aleksey Kaşuku saxlamaq istədiklərini söyləyib: "Ola bilər ki, klubu onu geri qaytarsın. Bu məsələdə hələ yenilik yoxdur".


Geri qayıt