Qelebə.az / "Qarabağ"ın futbolçusu: "Özümü qırmızı şəraba bənzədirəm"

"Qarabağ"ın futbolçusu: "Özümü qırmızı şəraba bənzədirəm"

17-05-2023, 17:05

"Yaşlandığımı hiss etmirəm. Özümü qaldıqca, daha dadlı olan qırmızı şəraba bənzədirəm (gülür)".

Bunu "QELEBE.AZ"a müsahibəsində "Qarabağ"ın futbolçusu Riçard Almeyda cari mövsümdəki çıxışı barədə danışarkən deyib.

Braziliya əsilli yarımmüdafiəçi bildirib ki, 34 yaşı olsa da, özümü yaxşı hiss edir: "İstirahətimə və qidalanmağıma xüsusi diqqət yetirirəm. Düzdür, son matçlarda çox oynamaq şansı qazanmıram. Amma bu, futboldur, belə hallar olur. Fürsəti yaxalamaq lazımdır. Məsələn, baş məşqçi Romaoya ötən ilin dekabrından şans verdi, o isə bu fürsətdən yaxşı yararlandı və müntəzəm oynamağa başladı. Marko Yankoviçi də qeyd edərdim. Hər ikisi yaxşı futbolçudur. Qurban Qurbanov bu oyunçulara güvənir, onlar da etimadı doğruldurlar".

Almeydanın sözlərinə görə, heç kim hansısa mövqenin sahibi deyil: "Bu mövqe ancaq mənə məxsusdur” deyə bir şey yoxdur. Məşqçinin seçimidir, buna hörmətlə yanaşmaq lazımdır. Ehtiyatda qalsaq da, hər zaman hazır olmalıyıq. Çünki komandanın istənilən an bizə ehtiyacı ola bilər. Futbolçu hər xırda şansdan maksimum yararlanmalıdır".

Riçard Almeydanın müsahibəsinin tam mətnini buradan oxuya bilərsiniz.

Geri qayıt