Qelebə.az / Azərbaycan parabadmintonçusu reytinq xalı qazanmaq üçün Bəhreynə yollanıb

Azərbaycan parabadmintonçusu reytinq xalı qazanmaq üçün Bəhreynə yollanıb

17-05-2023, 16:13

Azərbaycanın parabadmintonçusu İbrahim Əliyev Bəhreynin Manama şəhərində keçiriləcək Beynəlxalq turnirdə iştirak edəcək.

Azərbaycan Milli Paralimpiya Komitəsindən "Report"a verilən məlumata görə, idmançı baş məşqçi Teymur Abbasovun rəhbərliyi altında yarışa qatılacaq.

Bu gün start götürən turnir mayın 23-də başa çatacaq.

Qeyd edək ki, yarış Paris--2024 XVII Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalı qazandırır.

Geri qayıt