Qelebə.az / Mahir Emrelinin 64 dəqiqə oynadığı matçda "Konyaspor" inamlı qələbə qazanıb

Mahir Emrelinin 64 dəqiqə oynadığı matçda "Konyaspor" inamlı qələbə qazanıb

16-05-2023, 22:57

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyə "Konyaspor"unda növbəti oyununu keçirib.

"QELEBE.AZ"un məlumatına görə, 26 yaşlı hücumçu komandasının səfərdə "Alayaspor"a 3:0 hesabı ilə qalib gəldiyi Superliqanın XXXIV tur matçının iştirakçısı olub.

Meydana start heyətində çıxan forvard 64-cü dəqiqədə Mame Diufla əvəzlənib. O, oyunda olduğu müddət ərzində qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.

Bu qələbədən sonra xallarını 49-a çatdıran "Konyaspor" 6-cı pilləyə yüksəlib. 38 xalı olan "Alanyaspor" isə 10-cu sırada qalıb.

Qeyd edək ki, müqavilə ilə Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna məxsus olan Mahir Emreli "Konyaspor"da icarə əsasında çıxış edir.

Geri qayıt