Qelebə.az / Azərbaycanlı hakim Avropa çempionatının final mərhələsinə təyinat alıb

Azərbaycanlı hakim Avropa çempionatının final mərhələsinə təyinat alıb

16-05-2023, 15:44

Azərbaycanlı hakim Elçin Məsiyev 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında keçiriləcək Avropa çempionatının final mərhələsi oyununa təyinat alıb.

“QELEBE.AZ”un məlumatına görə, FIFA referisi Şotlandiya - Fransa görüşündə ədaləti qoruyacaq.

Mayın 17-də baş tutacaq qarşılaşmada ona Elşad Abdullayev və yunanıstanlı yan xətt hakimi Konstandinos Psarris kömək edəcəklər.

Qeyd edək ki, UEFA U-17 Avropa çempionatının final mərhələsi 17 may - 2 iyun tarixlərində Macarıstanda keçiriləcək.

Geri qayıt