Qelebə.az / Azərbaycan millisinin liderlərinin mundialda iştirak etməmə səbəbi bəlli olub

Azərbaycan millisinin liderlərinin mundialda iştirak etməmə səbəbi bəlli olub

16-05-2023, 15:29

Azərbaycan taekvondo millisinin liderləri Milad Beiqi Harçeqani (87 kq) və Radik İsayevin (+87 kq) Bakıda keçiriləcək dünya çempionatında iştirak etməmə səbəbi bəlli olub.

“QELEBE.AZ”un məlumatına görə, bu barədə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, adıçəkilən taekvondoçular artıq milli karyeralarını başa vurublar: “Onlara şərt qoyulmuşdu ki, ötən il Azərbaycan çempionatında iştirak etsinlər, amma qatılmadılar. Qərarı özləri verdilər və yığma karyeralarını bitirdilər”.

Qeyd edək ki, taekvondo üzrə dünya çempionatına mayın 29-da start veriləcək.

Geri qayıt