Qelebə.az / Yunis Hüseynovun qrossmeyster xanımı: “Onunla şahmat oynaya bilmirəm, çünki zəifdir”

Yunis Hüseynovun qrossmeyster xanımı: “Onunla şahmat oynaya bilmirəm, çünki zəifdir”

15-05-2023, 15:40

“Yunislə və qızlarımla şahmat oynamaq mənim üçün çətindir. Çünki zəiflərlə oynaya bilmirəm”.

Bunu “QELEBE.AZ”a müsahibəsində veteran futbolçu Yunis Hüseynovun həyat yoldaşı, Azərbaycanın ilk qadın beynəlxalq qrossmeysteri Aynur Sofiyeva deyib.

53 yaşlı sabiq şahmatçı futbola hər zaman maraq göstərdiyini bildirib. Ancaq o, həyat yoldaşının oyunlarına baxmadığını etiraf edib: “Yunis çıxış edən vaxtlarda oyunlarına baxmamağa çalışırdım. Çünki onun zədə alması mənə pis təsir edirdi. İki qızım var, oğlan deyillər ki, futbolla məşğul olsunlar. Amma yaxşı ki, ailədə futbola yönələn olmadı”.

O, həyat yoldaşının və özünün idmançı olmasının ailə mühitinin möhkəmliyində mühüm rol oynadığını bildirib: “İdmançı ailəsinin əsas üstünlüyi hər ikimizin idmançı olmağımızdır. İdman ruhu insanları yaxınlaşdırır. İdman insanın xarakterini formalaşdıran sahədir. Düzdür, hər insan fərddir. Amma bəzi xüsusiyyətlər idmanda müəyyən qədər yol qət etmiş insanda formalaşır. Bu da onları birləşdirir. Bizim evdə olduğu kimi”.

Tanınmış şahmatçı qızlarının idmanla məşğul olmadıqlarını əlavə edib: “Biri kosmos üzrə mühəndis, biri isə 3D dizaynerdir”.

Aynur Sofiyevanın müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Geri qayıt