Qelebə.az / “Feyenord” 16-cı dəfə Niderland çempionu olub

“Feyenord” 16-cı dəfə Niderland çempionu olub

15-05-2023, 04:57

“Feyenord” klubu Niderland çempionatının 32-ci turunda doğma meydanda “Go Ahead Eagles”i 3:0 hesabı ilə məğlub edərək vaxtından əvvəl Niderland çempionu olub.

“Report”un məlumatına görə, qolları Ussama İdrissi, Santyaqo Ximenez və Payşao vurub.

Nəticədə “Feyenord” 79 xal toplayıb və çempionatın bitməsinə iki tur qalmış çempionluğu təmin edib.

Geri qayıt