Qelebə.az / "Barselona" vaxtından əvvəl İspaniya çempionu olub

"Barselona" vaxtından əvvəl İspaniya çempionu olub

15-05-2023, 00:58

Futbol üzrə İspaniya çempionatının 34-cü turunun matçında "Barselona" "Espanyol"la qarşılaşıb.

APA xəbər verir ki, Kornella El Prat stadionunda keçirilən oyun Barsanın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qaliblərin komandasından Robert Levandovski (11-ci və 40-cı), Aleks Balde (20-ci) və Jül Kunde (53-cü) qol vurub.

"Barselona" bu qələbə sayəsində 85 xal toplayıb və rəqibləri üçün əlçatmaz olub. Kataloniya klubu vaxtından əvvəl İspaniya çempionu olub.

"Espanyol"un aktivində 31 bir xalı var və 19-cu yerdədir.

Bu, "Barselona"nın tarixində 27-ci liqa tituludur. Yalnız “Real Madrid”in daha çox – 35 titulu var.

Geri qayıt