Qelebə.az / "Sabah" - "Beşiktaş" oyununda 6 qol vurulub, qalib müəyyənləşməyib - YENİLƏNİB - 7

"Sabah" - "Beşiktaş" oyununda 6 qol vurulub, qalib müəyyənləşməyib - YENİLƏNİB - 7

13-05-2023, 19:54

Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" klubları arasında baş tutan xeyriyyə oyunu başa çatıb. 

"QELEBE.AZ" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb. 

Qonaqların heyətində 24 və 44-cü dəqiqələrdə Umut Meraş, 63-cü dəqiqədə penaltidən Cenk Tosun fərqlənib. 

Azərbaycan təmsilçində isə qolları 3-cü, 5-ci dəqiqələrdə Aleksey Kaşuk, 70-ci dəqiqədə Davit Volkov vurub. 41-ci dəqiqədə "Sabah"ın heyətində Coy Lens Mikels 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib. 

Qeyd edək ki, görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

19:32

Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" klubları arasında baş tutan xeyriyyə oyununda növbəti qol vurulub. 

"QELEBE.AZ" xəbər verir ki, 60-ci dəqiqədə Azərbaycan təmsilçisi hesabı bərabərləşdirib - 3:3.

70-ci dəqiqədə Davit Volkov fərqlənib. 

19:23

Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" klubları arasında baş tutan xeyriyyə oyununda növbəti qol vurulub. 

"QELEBE.AZ" xəbər verir ki, 63-cü dəqiqədə İstanbul təmsilçisi hesabda önə keçib - 3:2. 

Cenk Tosun penaltini dəqiq yerinə yetirib. 

19:05

Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" klubları arasında baş tutan xeyriyyə oyununda ikinci hissə başlayıb. 

"QELEBE.AZ" xəbər verir ki, hazırda hesab bərabərdir - 2:2. 

18:48

Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" klubları arasında baş tutan xeyriyyə oyununda növbəti qol vurulub. 

"QELEBE.AZ" xəbər verir ki, 44-cü dəqiqədə İstanbul təmsilçisi hesabı bərabərləşdirib - 2:2. 

Umut Meraş özünün və komandasının ikinci qoluna imza atıb. 41-ci dəqiqədə "Sabah"ın heyətində Coy Lens Mikels penaltidən yararlana bilməyib. 

Görüşdə ilk hissə başa çatıb. 

18:27

Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" komandaları arasında baş tutan xeyriyyə oyununda növbəti qol vurulub. 

"QELEBE.AZ" xəbər verir ki, 23-cü dəqiqədə İstanbul təmsilçisi fərqi azaldıb. 

23-cü dəqiqədə Umut Meraş fərqlənib. 

Hazırda "Sabah" öndədir - 2:1.

18:08

Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" komandaları arasında baş tutan xeyriyyə oyununda erkən qollar vurulub.

"QELEBE.AZ" xəbər verir ki, Azərbaycan təmsilçisi 5 dəqiqədə iki dəfə fərqlənib.

3 və 5-ci dəqiqələrdə Aleksey Kaşuk İstanbul klubunu məyus edib. 

18:00

Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" komandaları arasında keçirilən xeyriyyə oyunu başlayıb.

"QELEBE.AZ" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 18:00-da start götürüb.

Matçı Tural Qurbanov idarə edir.

Qeyd edək ki, görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.


Geri qayıt