Qelebə.az / Erməni təxribatı zamanı şəhid olan hərbçilərin beşi futbolçu imiş

Erməni təxribatı zamanı şəhid olan hərbçilərin beşi futbolçu imiş

17-09-2022, 00:00

Ermənistan Silahlı Qüvvələrinin sərhəddə törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olan 5 hərbçi futbolçu imiş.

"Report" xəbər verir ki, Qədim Xəlilov, Elvin Abdullayev, İbrahim Həsənov, Nicat Qarazadə və Elmir Hüseynov müxtəlif vaxtlarda AFFA-nın təşkil etdiyi liqaların və turnirlərin iştirakçısı olub.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Geri qayıt