Qelebə.az / Konfrans Liqası: "Bazel" və "Vest Hem" əzmkar qələbə qazanıb

Konfrans Liqası: "Bazel" və "Vest Hem" əzmkar qələbə qazanıb

12-05-2023, 00:54

UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

"Report"un məlumatına görə, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

"Fiorentina" İtaliyada İsveçrə "Bazel"i ilə bacarmayıb - 1:2. Digər matçda isə "Vest Hem" İngiltərədə Niderlandın "AZ Alkmaar" klubu üzərində 2:1 hesablı əzmkar qələbə qazanıb.

UEFA Konfrans Liqası
Yarımfinal, ilk oyunlar
11 may

23:00. "Fiorentina" (İtaliya) - "Bazel" (İsveçrə) - 1:2
Qollar:
Artur Kabral, 25 - Andi Diuf, 71. Andi Zekiri, 90+3
Baş hakim: Fransua Leteksye (Fransa)
Florensiya, "Artemio Franki" stadionu

23:00. "Vest Hem" (İngiltərə) - "AZ Alkmaar" (Niderland) - 2:1
Qollar:
Səid Benrahma, 67 (penalti). Maykl Antonio, 76 - Ticani Reynders, 41
Baş hakim: Halil Umut Meler (Türkiyə)
London, "London" stadionu

Qeyd edək ki, komandalar arasında cavab oyunları mayın 18-də gerçəkləşəcək.

Geri qayıt