Qelebə.az / Avropa Liqası: "Yuventus" məğlubiyyətdən qaçıb, "Roma" "Bayer"ə qalib gəlib

Avropa Liqası: "Yuventus" məğlubiyyətdən qaçıb, "Roma" "Bayer"ə qalib gəlib

12-05-2023, 00:58

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.

"QELEBE.AZ"un məlumatına görə, raundun hər iki qarşılaşması eyni gündə keçirilib.

İtaliyada baş tutan matçlarda "Yuventus" İspaniya "Sevilya"sı ilə 1:1 hesablı heç-heçə edib, "Roma" isə Almaniyanın "Bayer" klubuna qalib gəlib.

Komandalar arasında cavab oyunları mayın 18-də olacaq.

UEFA Avropa Liqası
Yarımfinal, ilk oyunlar
11 may

23:00. "Yuventus" (İtaliya) - "Sevilya" (İspaniya) - 1:1
Qollar:
Federiko Qatti, 90+7 - Yussef en-Nesiri, 26
Baş hakim: Daniel Zibert (Almaniya)
Turin, "Yuventus" stadionu

23:00. "Roma" (İtaliya) - "Bayer" (Almaniya) - 1:0
Qol:
Edoardo Bove, 63
Baş hakim: Maykl Oliver (İngiltərə)
Roma, Olimpiya Stadionu

Geri qayıt