Qelebə.az / Sakanın “Arsenal”da qalacağı dəqiqləşib

Sakanın “Arsenal”da qalacağı dəqiqləşib

10-05-2023, 14:38

Bukayo Sakanın “Arsenal”dakı taleyinə aydınlıq gəlib.

QELEBE.AZ saytının məlumatına görə, İngiltərə klubu 21 yaşlı hücumçu ilə müqaviləni uzadacaq.

Tərəflər bununla bağlı razılıq əldə edib. Yeni anlaşma 2028-ci ilin yayına qədər nəzərdə tutulacaq. Müqavilənin imzalanması mövsüm başa çatdıqdan sonra açıqlanacaq.

Qeyd edək ki, cari mövsümdə 35 matça çıxan Saka 13 qol vurub.

Geri qayıt