Qelebə.az / “Barselona” Andres İnyestanın komandası ilə qarşılaşacaq

“Barselona” Andres İnyestanın komandası ilə qarşılaşacaq

9-05-2023, 15:01

İspaniyanın “Barselona” klubu sabiq futbolçusu Andres İnyestanın formasını geyindiyi Yaponiya təmsilçisi “Vissel Kobe” ilə yoldaşlıq oyunu keçirəcək.

“Report” xəbər verir ki, qarşılaşma mövsümlərarası təlim-məşq toplanışı zamanı təşkil olunacaq.

La Liqanın son tur matçının ardından Asiya turnesinə çıxacaq kataloniyalılar “Vissel Kobe” ilə iyunun 6-da Tokiodakı 80 000 tamaşaçı tutumuna malik Milli Stadionda üz-üzə gələcək.

Qeyd edək ki, Andres İnyesta 2002-2018-ci illərdə “Barselona”nın uğurları üçün çalışıb. 39 yaşlı yarımmüdafiəçi 2018-ci ildən “Vissel Kobe”nin formasını geyinir.

Geri qayıt