Qelebə.az / Avropa çempionu olan Azərbaycan cüdoçusu mükafatlandırılıb

Avropa çempionu olan Azərbaycan cüdoçusu mükafatlandırılıb

16-09-2022, 20:00

Çexiyanın paytaxtı Praqadakı gənclər arasında Avropa çempionatında qızıl medal qazanan Azərbaycan cüdoçusu Vüsal Qələndərzadə mükafatlandırılıb.

"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 73 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançının şərəfinə Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, ilk yarış günündə Turan Bayramov 60 kq çəkidə gümüş medal qazanıb.

Geri qayıt