Qelebə.az / Eden Azar futbolla vidalaşmaq niyyətindədir

Eden Azar futbolla vidalaşmaq niyyətindədir

8-05-2023, 19:24

Belçika millisinin və “Real”ın futbolçusu Eden Azar karyerasını bitirəcəyi vaxtla bağlı ilkin qərarını verib.

QELEBE.AZ saytının məlumatına görə, 32 yaşlı vinger 2024-cü ilin yayında futbolla vidalaşmaq niyyətindədir.

O, “Real”la müqaviləsi bitdikdən sonra karyerasını bitirmək istəyir. ABŞ və Asiya klublarından təkliflər alan Azar Madridi tərk etmək fikrində deyil.

Qeyd edək ki, Eden 2019-cu ildə “Çelsi”dən “Real”a keçib.

Geri qayıt