Qelebə.az / İtaliya klubu Azərbaycan millisinin hücumçusu ilə maraqlanır

İtaliya klubu Azərbaycan millisinin hücumçusu ilə maraqlanır

8-05-2023, 17:30

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov karyerasını İtaliyada davam etdirə bilər.

"Report" "transfermarkt" nəşrinə istinadən xəbər verir ki, hazırda İsveçrənin "Qrasshoppers" klubunun formasını geyinən 24 yaşlı hücumçu "Bari"nin maraq dairəsinə düşüb.

B Seriyasında çıxış edən komanda azərbaycanlı forvardı heyətinə qatmaq istəyir.

Qeyd edək ki, hazırda 62 xalla 3-cü pillədə yer alan "Bari" elitaya vəsiqə uğrunda mübarizə aparır.

Geri qayıt