Qelebə.az / Mark Zukerberq ciu-citsu üzrə ilk turnirində qızıl və gümüş medal qazanıb

Mark Zukerberq ciu-citsu üzrə ilk turnirində qızıl və gümüş medal qazanıb

8-05-2023, 12:32

"Meta" şirkətinin rəhbəri Mark Zukerberq Braziliyada keçirilən ciu-citsu turnirində ilk dəfə medallar qazanıb.

"Report" xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesablarında bildirib.

Dünyanın ən zəngin adamlarından biri "Guerilla Jiu-Jitsu" komandasının heyətində qızıl və gümüş medala sahib çıxdığını vurğulayıb.

Zukerberq onu yarışa hazırlayan Deyv Kamarilloya təşəkkür edib.

Geri qayıt