Qelebə.az / Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı minifutbol yarışının finalında FHN və DTX komandaları qarşılaşacaq

Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı minifutbol yarışının finalında FHN və DTX komandaları qarşılaşacaq

5-05-2023, 19:54

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə minifutbol üzrə dövlət qurumları arasında keçirilən yarışın finalında Dövlət Təhlükəsizliyi Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin komandaları qarşılaşacaqlar.

DTX-dən APA-ya verilən xəbərə görə, görüş mayın 7-də saat 17:00-da “CBC Sport” telekanalının efirində canlı yayımlanacaq.

Məlumatda qeyd edilib, DTX komandası 52 dövlət qurumunun komandasının qatıldığı yarış boyu heç bir qarşılaşmada məğlub olmayan yeganə komandadır.

Geri qayıt